Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Erməni müğənninin Türkiyədəki konsertinə icazə verilmədi

Erməni müğənninin Türkiyədəki konsertinə icazə verilmədi

Tarix: 28-07-2020, 23:42

Erməni müğənni Levon Toposyanın Türkiyədə keçirilməsi planlaşdırılan konserti ləğv olunub.

Mediabiz.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbir iyulun 24-də Eskişehirdə yerləşən "Mühtəlif" restoranında planlaşdırılıb. Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, məsələdən xəbər tutan kimi məkanın rəhbərliyi ilə əlaqə yaradıb.
Restoran rəhbərliyinə təqdim olunan rəsmi müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində xaincəsinə hərbi təxribatlar törətdiyi, Azərbaycan tərəfinin şəhid verdiyini, Eskişehir və Türkiyənin digər şəhərləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrində ermənilərin təcavüzkar siyasətinə etiraz aksiyalarının keçirildiyi və bütün bu hadisələrin dünya ictimaiyyətinin nəzərinə çatdırıldığı, ermənilərin ABŞ-ın Los-Anceles, Belçikanın Brüssel, Fransanın Paris şəhərlərində dinc aksiyalar keçirən, Rusiyada isə ticarətlə məşğul olan azərbaycanlılara hücum etdikləri və müxtəlif dərəcəli xəsarət yetirdikləri barədə ətraflı məlumat verilib.
Bundan sonra restoranın erməni müğənni ilə imzaladığı müqavilə ləğv edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR