Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Azərbaycanlı rejissorun filmi məşhur festivalda qalib oldu

Azərbaycanlı rejissorun filmi məşhur festivalda qalib oldu

Tarix: 21-08-2020, 12:46


Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun filmi 26-cı Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Bu barədə festivalın rəsmi feysbuk səhifəsində məlumat verilib. Bildirilib ki, R.Həsənovun “Daxildəki Ada” filmi “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.

Baş rolları Orxan Tarıverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Qeyd edək ki, “Daxildəki Ada” filmi “Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilən ilk tammetrajlı bədii Azərbaycan filmi olub.

Filmdə mənəvi və fiziki təzyiqlərdən xilas olmaq üçün vəhşi atların yaşadığı və bir sakini olan adaya qaçan şahmatçı gəncin hekayəsindən bəhs edilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR