Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

«Mentaliteti əllərində «bayraq» edirlər»

«Mentaliteti əllərində «bayraq» edirlər»

Tarix: 24-09-2020, 22:38

Son illər Azərbaycanda xarici seriallara maraq xeyli artıb. Hətta həmin filmlərdə rol alan aktyor və aktrisaların xeyli izləyici kütləsi var.
Maraqlıdır ki, biz əcnəbi seriallarda, filmlərdə açıq-saçıq səhnələri qəbul edir, maraqla izləyirik. Hətta əcnəbi aktrisaların belə rollarını rəğbətlə qarşılayırıq. Qeyd etdiyimiz kimi, xarici seriallarda həmin görüntüləri normal qarşılasaq da, yerli ekran işlərdə buna tənqidlə yanaşırıq.
Ən çox da sözügedən rolları canlandıran aktrisalar «top atəşi »nə tutulur.

Mövzuya münasibət bildirən tanınmış aktrisa Pərvin Abıyeva “Sherg.az”a bunları deyib :

“Deyirlər ki, «qurd ağacı həmişə içindən yeyər». Bizdə də belə söhbət var. Heç vaxt özümüzü sevmirik, dəyər vermirik.
Həmişə başqalarına üstünlük veririk. Bunun səbəbini mən də bilmirəm. Amma düşünürəm ki, mentaliteti əllərində «bayraq » edənlər var.
Onlar bütün gün İnstaqramda «oturub » rəy yazan,insanları təhqir edən insanlardır. Bəyənməyənlər də onlardır. Amma bu mövzuya normal yanaşanlar da çoxdur. Bunu hiss eləmişəm”.
“Sizə açıq-saçıq səhnələrlə bağlı təklif gəlsə, qəbul edərsinizmi?” sualımıza aktrisa belə cavab verdi:
“Belə səhnələrə məhdudiyyətim var”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR