Son Xəbər: Fransa və Aİ-nin revanşizmə dəstəyi - İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır - ŞƏRH, Bu müəllimlərin də maaşları ARTACAQ, Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq", Ağdamda itkin düşən șəxs axtarılır, Putin sabah Qazaxıstana gedir, AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib, Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib, Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ, Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir, Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər,

"İlk dəfədir ki, rahatlıqla evdən çıxıb serial çəkilişinə gedirəm"

"İlk dəfədir ki, rahatlıqla evdən çıxıb serial çəkilişinə gedirəm"

Tarix: 30-12-2020, 10:52

O, Azərbaycan kinosunun və teatrının qazandığı yeni simalardandır. Hansı ki, siması ilə tipik Azərbaycan xanımını əks etdirir.

Moderator.az-ın qonağı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası və bir çox film, serialların baş qəhrəmanı olan Səbinə Məmmədovadır.

- Bir ilə yaxındır ki, teatrlar fəaliyyətini dayandırıb. Pandemiya sizə necə təsir etdi?

- Pandemiya mənə elə bir dərs keçdi ki, həyatda obraz tapmaqdan daha çətin missiyam olduğunu anladım. Həyatda obraz tapmaqdan daha çətin şeylər varmış. Öyrəndim ki, mənim şəxsi həyat anlamım olmayıb. Qidalanmama o qədər də fikir verməmişəm. Gedib kimlənsə çay içməyə vaxtın gedəcək, enerjim gedəcək deyə onu etməmişəm. Düşünmüşəm ki, ondansa kitab oxusam zamanımı daha səmərəli keçirərəm. Bu müddət ərzində gördüm ki, içimdə böyük bir sevgisizlik, boşluq var. Pandemiya məni bu yaşımda böyütdü. Birdən birə böyüdüm, ailə məsuliyyətimi artırdım. Bu müddət ərzində çox şey dəyişdi. Bir sözlə daxilən böyüyüb, xanıma çevrildim. Artıq bunu dərk edirəm.

- Bu müddət ərzində hansı işləri gördünüz?

- Yayda sənədli filmdə Həsən Bəy Zərdabinin yoldaşı Hənifə xanımın obrazını canlandırdım. Bundan başqa reklam çəkililişlərində rol aldım. Bu yaxınlarda Qarabağ mövzusunda çəkilən qısa metrajlı filmdə çox çətin bir obrazı canlandırdım. Sənətkarımız Nicat Kazımovun uşaqlar üçün təşkil etdiyi “Zoom” proqramı ilə virtual tamaşada iştirak etdim. Xəzər televiziyasında yayımlanan “Ata ocağı” serialında yeni mövsümdə Dilarə obrazına dəvət aldım. İlk dəfədir ki, rahatlıqla evdən çıxıb serial çəkilişinə gedirəm. Bilirsiniz ki, Noyabr, Dekabr ayları teatr mövsümünün ən sıx repertuar, məşqləri olan aylar hesab edilir. O ərəfələrdə demək olar ki, yeməyi belə ayaq üstə, taksidə yeyirdim. Zaman yalnız səhnə kastyumunu soyunub, yuyunub, qrimi silməyə sərf olunurdu.

- Bəs şəxsi həyatınızda vəziyyət necədir?

- O nədir? (gülürük) Şəxsi həyatım sənətimdir. Əvəllər anamla 5 dəqiqə söhbət etməyə vaxtım belə olmurdu, nəinki şəxsi həyatıma zaman ayırmaq.

- Az əvvəl sadaladığınız layihələrin heç biri yəqin ki, teatrı əvəz etməz.

- Hazırda onlayn şəkildə yeni pyesin məşqləri gedir. Əlbəttə ki, canlı sənəti heç nə əvəz etmir, etməyəcək də. Yəni teatrsız qaldığımız günlər çətin idi... Güzgünün önündə monoloq dediyim saatlar çox olub. Hətta özüm özümə çiçək də alıb hədiyyə etmişəm. Gecə 11-də teatra gedib afişalarla söhbətləşmişəm.

- Deyəsən həqiqəti real şəkildə qəbullanmayanlardansınız.

- Çətindi... Amma qismətdən qaçış yoxdur. Gözü yaşlı şəhid ailələrini görəndə öz dərdimi unuduram. Və bütün bu hadisələri görüb xeyli müşahidələr etmişəm, həyat yükü yığmışam. Aktyoru həyat yükü qədər heç nə doldura bilməz. Teatra çox sağ ol deyirəm ki, məni 22 yaşımda rəndəliyib, formalaşdırdı.

- Teatr üçün çoxmu darıxmısınız?

- Darıxıram... Sadəcə inanıram ki, hər şey daha yaxşı olacaq. Mən bu müddət ərzində pis depresiya yaşadım. Düzdür, həmin dönəmdə də işlərim olurdu. Amma teatrın mənə verdiyi aktivliyi heç nə vermir. Depresiyaya düşdüyüm zamanlarda 9 kilo kökəldim. Sonradan arıqladım. Pandemiya mənə psixoloji təsir etdi. Onlayn məşqlərimizin başlaması məndə stimul yaratdı.

- Keçən il bu vaxt teatrda qar qız rolunu canlandırırdınız. İndi yeni il gəlir, amma qar qızı ilə deyil. O obraz üçün necə darıxırsınız?

- Tək qar qızı deyil. Əgər ildə teatr 2 tamaşa təhvil verirdisə mən də o tamaşalarda iştirak edirdim. Elə zamanlar olurdu ki, hər ikisində iştirak edirdim. Mənim üçün uşaq və böyük tamaşalarının fərqi yox idi. Bəzən bütün günüm məşqdə keçirdi teatrdan gecə çıxırdım.

- Deyirlər aktyor bir müddət səhnəyə çıxmayanda bəşəriyyətə nifrət edir. Ola bilsin ki, bu sizdə depsresiya ilə əvəzlənib.

- Depresiya elə bir şeydir ki, ancaq bekar adamlar düşür. Mən bekarlıqdan depresiyaya düşdüm. Sonra güc tapıb özümü toparladım. Mən təkliyi sevirəm. Hətta qulaqlığımı taxıb Dənizkənarı Bulvara gedib 3 saat piyada gəzməyi sevirəm. Yəni bilirəm ki, o depresiya səhnə üçün darıxmaq idi.

- Bir ilə yaxındır ki, səhnədən uzaqsınız. Plastikanızda hər hansı passivləşmə varmı?

- Bədən hazırlıqlı olanda tez açılır. Əsas odur ki daxilən özünü buna hazır hiss edəsən. Bir çəkilişim vardı, oradakı çətin səhnələri canlandırmaq üçün 3 gün idman etdim. O məşqlərdən sonra gördüm ki, bədənim buna hazırdır. Buna görə də çəkiliş vaxtı da bədənim məni yormadı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR