Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Müğənni Xatirə Oqtay Əliyevi biabır etdi

Müğənni Xatirə Oqtay Əliyevi biabır etdi

Tarix: 20-02-2021, 17:08



Müğənni Xatirə İslam “Soy” prodakşının rəhbəri Oqtay Əliyevin onun haqda tənqidi fikirlərinə münasibət bildirib.

Mediabiz.az sosium.az-a istinadən xəbər verir ki, Xatirə efirə çıxmaq üçün proqramlardan pul tələb etməsi barədə qərarını şərh edən Oqtay Əliyevə belə cavab verib:

“Oqtay bəy, yadınızdadır, ATV-nin rəhbərinin otağında oturmuşdunuz. Məndən efir üçün pul istədilər. Dedim ki, pulum yoxdur, efirə pulsuz çıxmaq istəyirəm. Dedilər ki, çıx çölə. Orada söylədim ki, pul ödəmirəm, amma bir gün özünüz məni efirə çağıracaqsınız. Siz güldünüz, amma bu gün elədir. İndi mən deyirəm mənə pul ver.

Sizi çox istəyirəm. Deyirsiz, müharibə dövründə ortalıqda az müğənnilər göründü. Mən qadınam, evimdə idim. Siz kişisiniz, bəs siz harada idiniz? Sizi görmədim. 44 gün ərzində “Əsgər marşı”m bütün marketlərdə səsləndi. Əsgər ailələrinə baş çəkmişəm. İnsan etdiyini deməz, amma indi məcburam. 20 şəhidin evinə getmişəm, necə lazımdır. Əsgərlərə əlimdən gələni göndərdim. Xankəndinə aid mahnı oxudum və Azərbaycanı silkələdim. Əgər siz eşitməmisinizsə, deməli, Azərbaycanda olmamısınız. Əlimdən gələni etmişəm, gedib vuruşası deyildim.

Layihə edirsiniz, sms səsvermə olur, milyonlar qazanırsınız. Oradan müğənniyə pul ayırın. Bu, diqqətdir. İnsan özünə dəyər verəndə yaxşı olur. Siz necə beyninizin məhsulunu satıb, evinizə pul aparırsınız, biz də elə. Deyirsiniz, müğənnini çağıraq, ağzımıza gələni deyək, pulu da özümüz aparaq. Bilirəm ki, sözlərimdən inciməzsiniz, çünki düzünü dedim. Müharibə vaxtı Türkiyədə idiniz, yəqin ona görə gördüyüm işlər haqda bilməmisiniz”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR