Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Avroviziya 2021-in formatı müəyyənləşib

Avroviziya 2021-in formatı müəyyənləşib

Tarix: 2-03-2021, 22:30

Avroviziya mahnı yarışmasının təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbiri ikinci ssenari üzrə həyata keçirmək niyyətindədirlər. Plana əsasən, bütün iştirakçılar sosial məsafəni qorumalıdırlar.
TASS xəbər verir ki, bu barədə yarışın təşkilatçıları tərəfindən yayılan press-relizdə məlumat veirilib.
“Avroviziya mahnı yarışmasının ruhu və ənənəsi Avropanı eyni səhnədə bir araya gətirməkdir və biz Rotterdamda buna nail olmaqda qərarlıyıq”, -deyə müsabiqənin İcraçı direktoru Martin Osterdal bəyan edib.
“Rotterdamda canlı çıxış edən bütün sənətçilərlə birlikdə təhlükəsiz bir “Avroviziya” təşkil etmək planlarımızı həyata keçirəcəyik. Bu press-reliz niyyətimizin reallaşdırılması işinə sadiq olduğumuzu nümayiş etdirir”, - deyə o əlavə edib.
Mətbuata açıqlanan plana əsasən, bütün ifaçıların Hollandiyaya yola düşməzdən beş gün əvvəl karantin tətbiq etmələri tövsiyə olunur. Yarışmaya qatılmaq üçün yola düşmədən ən gec 72 saat əvvəl verilən COVID-19 üçün mənfi test nəticəsi mütləqdir. Hollandiyaya gəldikdən sonra iştirakçıların məşqlər, canlı ifalar və digər proqramla əlaqəli tədbirlər üçün konsert salonuna getmələri vacib olmadıqca, onların hotellərində qalmaları labüddür. Nümayəndə heyətinin üzvləri, ifaçılar və jurnalistlər daxil olmaqla yarışa qatılan bütün şəxslər səhnənin yanındakı xüsusi otaqda mütəmadi olaraq yoxlanacaqlar.
Builki müsabiqəyə qatılacaq nümayəndə heyətlərinin və media üzvlərinin də sayı azaldılacaq. İzləyicilərin şouya qatıla biləcəyinə dair qərar isə daha sonra veriləcək.
Xatırladaq ki, 65-ci “Avroviziya” mahnı yarışması 12-16 may 2020 tarixlərində Rotterdamdakı “Ahoy” konsert salonunda keçirilməli idi. Lakin ötən ilin martın 18-də Avropa Yayım Birliyi koronavirus pandemiyası səbəbi ilə müsabiqəni ləğv etmək qərarına gəldi.
Qeyd edək ki, builki yarışmanın finalı mayın 22-də Rotterdamda keçiriləcək.

Bizimlə əlaqə s




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR