Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Samirə “Eurovision”a bu şərtlərlə gedəcək

Samirə “Eurovision”a bu şərtlərlə gedəcək

Tarix: 4-03-2021, 11:02

Avropa Yayım Birliyi (EBU) “Eurovision - 2021” üçün hazırlanan dörd əsas ssenari arasında “B” planını seçməyə məcbur olub.'

Mediabiz.az xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Yarışmanın ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini “B” planına yönəldiblər. Bununla da, “Eurovision”un necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.
Bu barədə yarışmanın icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.
“Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik”, - deyə o bildirib.

Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar “Eurovision”dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini (“PCR” test- red.) təqdim etmələri tələb edilir.
İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Yarışmanın bütün heyətindən mütəmadi olaraq test götürüləcək.
Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb  olunacaq.
Yarışmanın keçirildiyi “Ahoy Arena”nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışmada tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.
Qeyd edək ki, S. Əfəndinin “Eurovision” mahnısı martın ikinci həftəsində elan olunacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR