Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Xalq artistimiz AĞIR XƏSTƏLİYƏ TUTULDU: "Axı mən yaşamaq istəyirəm"

Xalq artistimiz AĞIR XƏSTƏLİYƏ TUTULDU: "Axı mən yaşamaq istəyirəm"

Tarix: 22-03-2021, 23:13


Səhhətimdə problem yarananda ailədə dedim ki, yaxın qohumlar belə bilməsin. Allah dərdi verirsə, dərmanını da verir. Buna inanmaq, ruhdan düşməmək lazımdır.


Bu sözləri Xalq artisti Nisə Qasımova "10-da görüşək" proqramında deyib. Xərçəngdən əziyyət çəkən və əməliyyat olunan müğənni artıq sağaldığını bildirib:
"Xəstəlik insan üçündür. Canlı nə varsa, xəstələnir də, sağalır da. İnsanlar gərgindir, əsəbləri yerində deyil. Hamının ailəsində problem var. Həyatdır, bir ömür yaşayırıq. Çalışaq elə yaşayaq ki, dərdimizlə camaatı yükləməyək. Sağaldım, şükür. Müayinədə şiş aşkarlandı. Həkim dedi ki, bir-birimizi aldatmayaq, hal belədir. Həmin an narahat oldum, axı mən yaşamaq istəyirəm.
Sonra dedim ki, hər gün dua edirəm, Allaha bağlı adamam, gecə-gündüz əlim göydədir, necə belə cılız reaksiya verirsən? Hər gün əlim göydə, dua edirdim. Bu xəstəliklə bağlı az eşitmişəm ki, şiş yığılır. Kimyaterapiya zad oldu. Əməliyyatdan əvvəl həkim baxdı ki, azalma gedir. Bu cavab mənə bəs etdi. Hər şey keçdi".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR