Son Xəbər: Putini Qazaxıstanda belə qarşıladılar - Video, Zaxarova Ermənistanın KTMT-dəki rolundan danışıb, Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi, İlham Əliyev Fərman imzaladı, Daha bir rektor işdən çıxarıldı, Prezident onu rektor təyin etdi - Sərəncam, Siyavuş Kərimi vəzifəsindən azad olundu, “Bizim İsrailə budəfəki cavabımız çox fərqli olacaq” - İranlı general, Rəsmi Bakı İsraillə Livan arasında atəşkəsi ALQIŞLAYIR, Milli Məclisə yeni avtomobillər ALINIB,

Zeynəb epoxası...

Zeynəb epoxası...

Tarix: 24-03-2021, 11:21


Bu Novruz SSRİ Xalq artisti Zeynəb Xanlarovanı efirlərdə görmədim. Zeynəb getdikcə yaddaşın xəfif xatirəsinə çevrilir. Heç harada olduğu da bilinmir.

Zeynəbin "Youtube"dakı köhnə kadrlarına baxıram. O, indi xalqın son 60 illinin yaddaşını gəzdirir əslində....
Bir mahnısı sovetin əl qabarlı fəhləsi haqqındadır, başqa mahnısı sevgidən, digəri Vətəndən.

Zeynəb hər evdə bir xatirə saxlayır.
Kimi ona baxanda artıq dünyada olmayan ata-anasnı göz yaşı ilə yada salır, kimi də gənclik həvəsi ötmüş ömrünü...

Zeynəbin oxuduğu "Yerevan" mahnısının altından ermənilər xiffətlə gözəl sözlər yazır, "Deli, deli" mahnısını gürcülər tərifləyir. Türklərdən soruşanda "Zeynab Hanlarovanı çox sevəriz" deyirlər.

"Nə qaldı?" oxuyan sənətkar milyonlara fani dünyanı puçluğunu xatırladırdı.

Əvvələr hamı onu çox sevirdi. "Sovet nəsli" üçün o nostalijdir.
Sonra sevməyənləri yarandı. Nifrət edənlər isə ondan sənətkar Zeynəb yox, siyasətçi olmağı tələb edənlərdir.
Zeynəb də Milli Məclisdə "açın buraxın günahsız uşaqları türmədən" deyə çıxış edirdi, torpaqları hasarlayanları qarğıyırdı...
Zeynəb xalqa oxşayır.

Əlçatmaz olub həmişə Zeynəb... Xalq içində az görünüb, az danışıb, darıxdırıcı müsahibələri isə monoton olub.
Amma hamının görmək, əl ilə toxunmaq istədiyi bir kult olub.

Yadıma gəlir, illər əvvəl telejurnalistlər ölüm yatağında olan məşhur qarmon ustası Aslan İlyasovdan "arzunuz nədir?" soruşanda o, "Zeynəb Xanlarovanı canlı görmək istəyirəm. Onu heç canlı görmədim" dedi.
Bu cavabdan təəccüblənmişdim onda.

Zeynəb yaddaşdır. Onun mövcudluğu insanlar üçün ötüb keçmiş zamanı dayandıran, faniliyi unutduran bir gücdür. Bəlkə ona görə, Aslan İlyasov canlı Zeynəbi görmək arzusunda imiş...Bununla diriləcəyinə inanırmış...Bəlkə də.

Yaddaşlardan boylanan "Zeynəb epoxası" indi zaman maşınına oxşayır.

Xəqani Səfəroğlu




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR