Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanda kişini başından güllələyib öldürdülər – TUTULAN VAR

Azərbaycanda kişini başından güllələyib öldürdülər – TUTULAN VAR

Tarix: 25-12-2019, 16:40


Daxili İşlər Nazirliyi Daşkəsən rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Sonxeber.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də Daşkəsən rayonunun Bayan kəndi ərazisində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Məhkəmə-tibbi ekspertin verdiyi ilkin rəyə əsasən, Q.Abdullayevin baş nahiyəsindən aldığı güllə yarasından ölməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mehdiyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılmışdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR