Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

İlahiyyatçı: “Pandemiya şəraitində kütləvi iftarlardan imtina etmək savabdır” - VİDEO

İlahiyyatçı: “Pandemiya şəraitində kütləvi iftarlardan imtina etmək savabdır” - VİDEO

Tarix: 14-04-2021, 11:47



Pandemiya şəraitində kütləvi şəkildə keçirilən imsak və iftar məclislərindən imtina etmək savabdır.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev deyib.

O bildirib ki, bu dönəmdə həkimlərin tövsiyələrinə əməl etmək vacibdir:

“Pandemiyada Ramazanın əsas qaydaları pozulmur. Şəriətin buyurduğu vacib əməlləri yerinə yetirə bilirik. Sadəcə birlikdə imsak etmək, kütləvi şəkildə toplanıb iftar etmək kimi öz-özlüyündə savab olan bəzi əməllərdən məhrum oluruq. Bu məclislərdə iştirak etmək təhlükəli vəziyyət yaradırsa, xəstəliyin artmasına səbəb olursa, hətta ehtimal olsa ki, orada iştirak etmək yoluxmaya səbəb olur, onda bu işdən imtina etmək savabdır. Çünki insan sağlamlığı mühüm məsələdir”.

İ. Quliyev onu da qeyd edib ki, bu ay savab qazanmaq istəyən şəxslər kimsəsizlərə və yoxsullara yardım edə bilər:

“Bu ay dövlətin və dinin qayda-qanununa əməl etmək, ailə ilə birlikdə iftar etmək savabdır. Bundan başqa əlavə savab qazanmaq üçün yoxsullara və kimsəsizlərə nağd pul və ya ərzaq formasında ehsan vermək olar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR