Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Karantin nə zaman sərtləşdiriləcək? - VİDEO

Karantin nə zaman sərtləşdiriləcək? - VİDEO

Tarix: 16-04-2021, 12:06



“Bu gün karantin qaydalarının normal icra olunması və yüksək səviyyədə aparılan peyvənd proqramı ümid yaradır ki, biz epidemioloji vəziyyəti nəzarətdə saxlayaraq, xüsusi sərtləşməyə və ya qapanmalara getməyəcəyik”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında deputat Soltan Məmmədov deyib. O bildirib ki, xəstəxanalardakı çarpayı ehtiyatı da qapanmalara gedilməməsinə şərait yaradır:

“Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, reanimasiyalarda çarpayı fondunun 60-70 faizi dolarsa, müəyyən tədbirlər görülməlidir. Bizdə isə həm stasionar, həm də reanimasiyalarımızdakı çarpayı fondunda kifayət qədər yer var. Azərbaycanda epidemioloji vəziyyət digər ölkələrlə müqayisədə nəzarət altındadır. Hesab edirəm ki, bu, bizi ciddi qapanmalara getməyə vadar etməyəcək. Buna baxmayaraq narahat olmağa hər zaman əsas var.

Reanimasiyaya ehtiyacı olan xəstələrin sayı artdığı halda müəyyən sərtləşmə qaydalarına getmək məcburi olacaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR