Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

KİV: Tramp Pompeonun vəzifəsinə yeni namizədlər axtarır

KİV: Tramp Pompeonun vəzifəsinə yeni namizədlər axtarır

Tarix: 27-12-2019, 06:44

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın dövlət katibi Mayk Pompeonun Kanzas ştatından Senat seçkilərində iştirak etmək üçün vəzifəsini tərk edəcəyi təqdirdə dövlət katibi vəzifəsinə namizəd axtarır.
APA xəbər verir ki, bu barədə cümə axşamı “The Washington Post” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Pompeonun gələn il Senata namizəd ola biləcəyi barədə şayiələr uzun müddət Vaşinqtonda olub. Pompeonun özü bundan əvvəl bu məlumatı təkzib etmişdi. Nəşr yazır ki, dövlət katibinin əhatəsində olan şəxslərin sözlərinə görə, o, bu məsələ ilə bağlı son qərarını verməyib.
Qəzetin yazdığına görə, bu qeyri-müəyyənlik bir sıra Vaşinqton məmurlarını dövlət katibinin kürsüsünə yaxından baxmağa məcbur edib və Tramp Pompeonun sonda hansı qərar verdiyini bilmədən millət vəkilləri və digər rəsmi şəxslərlə müzakirələrdə Dövlət Departamentinin rəhbəri vəzifəsinə potensial namizədlərin adlarını sıralamağa başlayıb.
“The Washington Post” qəzeti bu yerdə qeyd edir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayen və eyni zamanda maliyyə naziri Stiven Mnuçin tez-tez M.Pompeonun mümkün varisləri adlandırılır. Bundan əlavə, Tramp ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenellin, Pompeonun birinci müavini Stiven Biqanın, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Hukun, senatorlar Marko Rubio və Tomas Kottonun namizədliyi barədə də düşünür.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR