Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Ağrı yox, yorğunluq yox, şübhə yox... - Yalnız məqsəd var + Video

Ağrı yox, yorğunluq yox, şübhə yox... - Yalnız məqsəd var + Video

Tarix: 23-04-2021, 13:18


Ukrayna Fəxri Konsulluğu Ukrayna – Azərbaycan dostluğuna həsr olunmuş "Dear Azerbaijan" adlı videoçarx hazırlayıb. “Qafqazinfo” xəbər verir ki, videoda iki ölkənin istənilən sahədə qarşılıqlı münasibətlərindən bəhs edilib.

Məqsəd – özümüzün ən mükəmməl nümunəsini yaratmaqdır. Tarix təkrarlanır, elm, sənət, idman  zamana uyğun olaraq durmadan yenilənir. Sərhədlər yox olur, tarixən yaxın olan millətləri və dövlətləri daha da yaxınlaşdırır. İnkişaf edən qarşılıqlı münasibətlər, kökləri bir-birinə bağlı olan Ukrayna -   Azərbaycan  dostluğunda da bundan sonrakı uğurların təməlini qoyur. Birgə hədəflər müəyyən  edilir və ona doğru yol alınır. Sürət zamanın dəyərini unutdursa da, bəzən gedilən yol uzun gəlir,  bəzən isə qələbə üçün sadəcə bir neçə dəqiqə bəs edir. Beləliklə sürət bizi həm də inkişafa  aparır. Ən əsas məqsədimiz  hədəflərimizi düzgün müəyyən etməkdir. Çünki əldə etdiyimiz uğurlar bir sonrakı mərhələni müəyyən edir. Bu qələbələrdə yanımızda olanlar isə ... kimliyimizi bildirir.

Olimpiya Döyüş Klubunun rəhbərliyi Oqtay Musayevə, MMA üzrə Dünya Çempionu Vüqar Kərəmova, Olimpiya Stadionunun rəhbəri Cavid Qarayevə dəstəyə görə təşəkkür edirik:

Videoçarxı təqdim edirik:
[media=https://youtu.be/hIQP01IPFeQ]




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR