Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Sabirabadda 20 yaşlı ana niyə intihar edib?

Sabirabadda 20 yaşlı ana niyə intihar edib?

Tarix: 26-04-2021, 11:25


Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib.
Hadisə aprelin 24-də axşam saatlarında qeydə alınıb. Rayonun Cavad kənd sakini 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızı özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.
Amma ailənin yaxınları iddia edir ki, nar ağacı elastik olduğu üçün oradan kiminsə özünü asması inandırıcı deyil. Onların sözlərinə görə, qızlarını yerdə uzanıqlı vəziyyətdə tapıblar.
Məlumata görə, üç il öncə ailə həyatı quran Səmayə Zeynalovanın 1 yaş 6 aylıq oğlu var. İddiaya görə, qız ailəli olduğu dövrdə valideyinlərinə həyat yoldaşı, qayınatası və qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərindən və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edərək boşanmaq istədiyini bildirib. Qızın atası boşanmaya razılıq versə də, anası buna etiraz edərək ailəsini dağıtmamasını tapşırıb.
Sabirabad rayon prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb: “İstintaq davam etdirilir. İddialarla bağlı heç bir açıqlama verə bilmərik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR