Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

Zəngəzur dəhlizi: tarixi torpaqlarımız və yeni reallıqlar...

Zəngəzur dəhlizi: tarixi torpaqlarımız və yeni reallıqlar...

Tarix: 26-04-2021, 18:59

Zəngəzur. Bəli, bu ad bizim hər birimizə tanışdır. Min illər boyu tarixi Azərbaycan torpaqları olan Zəngəzurdan danışırıq. XX əsrin əvvəllərinə qədər bizim nəzarətimizdə olan Zəngəzur torpaqları tədricən mənfur qonşularımzın nəzarəti altına keçdi. Lakin artıq bölgədə yeni vəziyyət yaranır. II Qarabağ Müharibəsində qazandığımız inamlı qələbə bizə siyasi və diplomatik arenada hücum strategiyasına başlamağa əsas verdi. 10 Noyabrda imzalanan “Üçtərəfli bəyanat”da yer almış bəndlərdən biri olan, Naxçıvan MR və Azərbaycan Respublikası arasında “Zəngəzur dəhlizi” adlanan yeni və çox böyük əhəmiyyət daşıyan nəqliyyat xəttinin yaranması bölgəyə yeni bir nəfəs gətirəcək...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, “Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.” Cənab Prezidentin sözləri çöx mühüm əhəmiyyət daşıyır və qarşı tərəfə çox sərt bir mesaj verir.
Bu layihənin reallaşdırılması regionda olan nəqliyyət şəbəkəsinin genişlənməsinə və region dövlətlərinin daha asan və rahat şəkildə əməkdaşlıq etməsinə öz töhfəsini verəcəkdir.
Dəhlizin açılmasının digər və çox əhəmiyyətli tərəfi isə türk dünyasının coğrafi baxımdan birləşməsidir. Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb, Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. II Qarabağ müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə bəyanat əsasında yeni Zəngəzur dəhlizinin yaradılmasının çox önəmli cəhətlərindən biri də odur ki, bu dəhliz uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını belə bir ağır və çətin şəraitdən çıxarmaqla yanaşı, eyni zamanda qədim Zəngəzurumuzun qapılarını da türk dünyasının üzünə açır. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur yaxın gələcəkdə türk dünyasının öz daxilində olan nəqliyyat, kommunikasiya və infrastruktur tədbirləri zamanı çox böyük əhəmiyyətli körpü rolunu oynayacaq.
Sadalanan nüanslar nəzərə alınır və təbii ki, ona görə də dəhlizin açılması çox yaxın zamanda baş verəcək və Cənab Prezidentin sözləri ilə desək, Azərbaycan xalqı 101 il əvvəl onun əlindən alınan tarixi Zəngəzur ərazilərinə qayıdacaqdır!
 
Mais Günəşli,
Salyan rayonu, BDU-nin tarix fakultəsinin IV kurs tələbəsi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR