Son Xəbər: Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib, Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib, Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ, Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir, Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM, Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ, Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib, Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL, Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB, Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq,

Qarabağda ən çox çirkləndirilmiş su mənbəsi AÇIQLANDI

Qarabağda ən çox çirkləndirilmiş su mənbəsi AÇIQLANDI

Tarix: 28-04-2021, 17:13


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonun Qaraməmmədli kəndinə mediatur təşkil olunub.

Səfər zamanı kənddə “Köndələnçay-1” su anbarına 1500 balıq körpələri buraxılıb.

Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib ki, balıqlardan 1000-i çəki və 500-ü ağamur balıq körpələridir:

“Buraxılan balıq körpələri məhz bu su hövzələr üçün xarakterikdir. Məqsədimiz təbii populyasiyanın artırılmasına dəstək verməkdir. Uzun müddətdir ki, bu ərazilərin ermənilər tərəfindən istismar olunması balıq populyasiyasının nəsilinin kəsilməsinə gətirib çıxarıb. Bu kimi tədbirlərin keçirilməsi balıqların artırılması məqsədini daşıyır”.  

O qeyd edib ki, Qarabağ zonasında ən çox çirkləndirilmiş çay Oxçu çaydır:

“Biz digər çaylardan da su nümunələri götürdük. Analizin nəticələrinə görə hansı çaylara, hansı su hövzələrinə balıqların buraxılmasının mümkün olmasını müəyyənləşdirdik. Bu ərazilərdən də götürülən nümunələr qənaətbəxş olduğu üçün buraya da balıqlar buraxıldı”.

Xidmət rəisi balıq ovu ilə bağlı əhaliyə çağırış edib. Onun sözlərinə görə, balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna dörd aylıq moratorium qüvvəyə minir:

“Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və bu müddətdə balıq ovu ilə məşğul olan hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik. Bu müddətdə balıq ovlanması qadağandır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR