Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

AFFA danışılmış oyunlara görə daha 10 nəfəri cəzalandırdı

AFFA danışılmış oyunlara görə daha 10 nəfəri cəzalandırdı

Tarix: 27-12-2019, 16:01

AFFA İntizam Komitəsi danışılmış oyunlarla əlaqədar növbəti cəzalar tətbiq edib.

Report məlumatına görə, cəzalar Azərbaycan I Divizionunda çıxış edən “Neftçi-2”, MOİK və “Binə” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar verilib.
AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən, futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
“Qaradağ Lökbatan” (I Divizion)
1. Məmmərzayev Tural – futbolçu
MOİK (I Divizion)
1. Həsənov Orxan – futbolçu
2. Ağakərimzadə Yamin – futbolçu
3. Yaqubzadə Raul – futbolçu
"Forza Neftçi" (Futzal, I Liqa)
1. Məmmədov Elmir – məşqçi
“Keşlə”
1. Babayev Mehman - məşqçi
2. Səfərov Asəf – klub rəsmisi
Siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.
Elmin Çobanov, Natiq Səhrətov və Emin Cəfərquliyev hazırda aktiv futbol fəaliyyəti göstərmirlər. Lakin gələcəkdə futbol sahəsində çalışmaq ehtimalı nəzərə alınaraq onların futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub. 
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR