Son Xəbər: İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar, Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT, Rus bölməsi üzrə I sinfə məktəb seçiminə başlanılıb, Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb, "Sabah" "Sele" ilə cavab matçına çıxacaq, Suriyada hökumət qüvvələri ilə yaraqlılar arasındakı toqquşmalarda 356 nəfər ölüb, Sabah Yevlaxın bir hissəsində qaz kəsiləcək, İsrail Müdafiə Qüvvələri Suriya sərhədində xaosa hazır olmadığını bildirib, Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub,

"Azərbaycan qeyri-neft məhsullarını daha çox Rusiyaya ixrac edir"-İqtisadçı-ekspert

"Azərbaycan qeyri-neft məhsullarını daha çox Rusiyaya ixrac edir"-İqtisadçı-ekspert

Tarix: 28-12-2019, 11:21


Gələn il Azərbaycan və Türkiyə arasında güzəştli şərtlərlə ticarət üçün müqavilə imzalanacaq.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.
Onun sözlərinə görə, bundan sonra iki ölkə arasında iqtisadi münasibətlər daha da inkişaf edəcək və qarşılıqlı olaraq bəzi məhsullar üzrə gömrük tarifləri azaldılacaq. Bu yerli istehsala necə təsir edəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Elşad Məmmədov açıqlama verib. O, bildirib ki, bu ciddi bir məsələdir:
"Çünki Azərbaycanın Türkiyəyə ixracatında çox böyük xüsusi çəkiyə, məhz enerji daşıyıcıları malikdir. Söhbət neftdən, qazdan gedir. Türkiyə tərəfindən Azərbayacana ixrac olunan, Azərbaycan tərəfindən Türkiyəyə idxal olunan məhsullar daha çox emalla bağlıdır ki, bu istehlak malları və texnika ilə bağlı olan əmtəələrdir. Bunların da, yüksək əlavə dəyər tutumu var. Ona görə də qarşılıqlı ticarət mübadiləsində güzəştlərin tətbiqi, adətən daha yüksək texnoloji məhsullar ixrac edən dövlətlərin xeyrinə olur. Hesab edirəm ki, bizim hökumət bu barədə ciddi düşünməlidir və bu növ razılaşmalar etdikdə mütləq şəkildə milli iqtisadiyyatımızın ixracatınnın strukturunu nəzərə almalıdır. Çünki, Azərbaycanın ixracatının təxminən 90% neft ilə, digər xeyli hissəsi xammalın ixracı ilə bağlıdır. Yəni, hansısa bir emalla bağlı məhsulları Azərbaycan çox az həcmdə ixrac edir. Əgər biz qeyri-neft sektorumuzun strukturuna da ixracat baxımından baxsaq görərik ki, bizdə qeyri-neft ixracatı üzrə prioritet dövlət Rusiyadır. Biz ilk növbədə kənd təsərrüfatı məhsullarından danışırıqsa, Türkiyəyə ixrac edəcəyimiz o qədər də böyük həcmdə kənd təsərrüfatı məhsullarımız yoxdur. Ona görə də düşünürəm ki, Türkiyə üçün bunun çox xeyri var. Çünki, Türkiyə Azərbaycana yalnız xammal ixrac etmir, eyni zamanda texnoloji məhsullardan tutmuş, istehlak bazarındakı ərzaq məhsullarına qədər geniş çeşitdə məhsul ixrac edir. Ona görə də, bu artıq Azərbaycan hökumətinin iqtisadi blokuna aid olan məsələdir ki, bu gün razılaşmalarda milli iqtisadiyyatımızın qorunması və yerli istehsalıçıların hüquqlarının müdafiəsi mütləq şəkildə nəzərə alınsın".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR