Son Xəbər: Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib, Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub, Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib, Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb, İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək, Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər, NATO toplantısının bugünkü PROQRAMI,

“Buta Airways” Həştərxan şəhərinə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır

“Buta Airways” Həştərxan şəhərinə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır

Tarix: 3-05-2021, 17:03


Aşağıbüdcəli aviadaşıyıcı “Buta Airways” iyunun 3-dən etibarən Bakıdan Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayır. 
Bu barədə “Buta Airways” məlumat yayıb.

Uçuşlar həftədə bir dəfə - həftənin cümə axşamı günləri Bakı-Həştərxan-Bakı istiqamətində yerinə yetiriləcək.

 Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə  təklif edir - “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat xidmətləri daxildir.
Qeyd edilən reyslərə  biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş  agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Pandemiya dövründə həmin reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalında  xidmət göstəriləcəkdir.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Bakı-Həştərxan istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/azerbaijan 
Həştərxan-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır.  Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilib

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsinin əks olunduğu sənəddə həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq.

QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.butaairways.az/az/covid/russia
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR