Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı - FOTO

Tarix: 4-05-2021, 11:52



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Moskva Müsəlmanları Dini İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Dini İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklonnaya qora”da qurulmuş Ramazan çadırında Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, gecədə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxın müsəlman iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Moskva müsəlmanları məktəbinin direktoru Ənas Həzrət Məmmədov iftarın təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də Ramazan çadırının təşkilatçılarına təşəkkürlərini bildiriblər.

“Ramazan çadırı”nın təşkilatçıları dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.

Tədbirdə Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edən film nümayiş etdirilib, Moskva müsəlmanları məktəbi şagirdlərinin ifasında dini şeirlər, dini mahnılar ifa olunub, “AMOR” və “İRS-Naslediye” jurnalları paylanıb.

İftardan əvvəl Müqəddəs Qurani-Kərimdən ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin təamlarından və şirniyyatlarından dadıblar.

Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır.
















RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR