Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

“Tottenhem” TOP-10-u açıqladı – “Qarabağ”la oyun da var

“Tottenhem” TOP-10-u açıqladı – “Qarabağ”la oyun da var

Tarix: 28-12-2019, 13:30

“Tottenhem” klubunun rəsmi saytı əsas komandanın son 10 mövsümdə hər mövsüm üçün 10 ən yaxşı oyununun siyahısını açıqlayıb.
Qol.az xəbər verir ki, komandanın 2015/16 mövsümündəki ən yaddaqalan 10 matçı sırasında “Qarabağ”a qarşı keçirilən Avropa Liqasının qrup mərhələsinin ilk görüşü də yer alıb.
2015-ci ilin sentyabrın 17-də Londonda keçirilən bu qarşılaşmada “Tottenhem” 3:1 hesabı ilə qələbə qazanıb. Londonlular bu oyunu ona görə TOP-10 matçlar sırasına daxil edib ki, komandanın hazırkı ulduzlarından olan Son Hın Min bu görüşdə ev debütü edib və 2 qol vurub.
Xatırladaq ki, həmin oyunda hesabı 7-ci dəqiqədə penalti ilə “Qarabağ” açıb (Riçard Almeyda). 28 və 30-cu dəqiqədə Son Hın Min, 86-cı dəqiqədə isə Erik Lamelanın qolu sayəsində yerli komanda 3:1 hesabı ilə qələbə qazanıb.
“Tottenhem” Bakıdakı oyunda da Ağdam klubunu məğlubiyyətə uğrada bilib (1:0).




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR