Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Rusiya hərb tarixində İLK: bu sistem işə düşdü

Rusiya hərb tarixində İLK: bu sistem işə düşdü

Tarix: 28-12-2019, 13:45

Rusiya ilk dəfə olaraq müasir “Avanqard” hipersonik raket sistemini arsenalına daxil edib.
Mediabiz.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Ordu generalı Sergey Şoyqu dekabrın 27-də saat 10:00-da prezident Vladimir Putinə raport verərək məruzə edib ki, “Avanqard” strateji kompleks ilk dəfə olaraq Raket alayına təhvil verilib.
Şoyqu bildirib ki, döyüş başlığı ilə təchiz edilmiş qitələrarası qanadlı ballistik “Avangard” strateji raket sisteminin döyüş hazırlığı vəziyyətinə gətirilməsi Rusiya üçün əlamətdar hadisədir. O, eyni zamanda əlamətdar hadisə ilə əlaqədar Rusiya Raket Qüvvələrini təbrik edib.
Qeyd edək ki, yeni sistem “NPO Maşinostroeniya” (Reutov, Moskva vilayəti) tərəfindən hazırlanıb. 2004-cü ildən bəri sınaqdan keçirilib. Qurğu atmosferin sıx qatlarında yüksək səs sürəti ilə uçaraq, kurs və hündürlük boyu manevr etmək qabiliyyətinə malikdir. Eyni zamanda raket ona yönləndirilmiş digər maneələri dəf etmək iqtidarındadır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR