Son Xəbər: Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib, Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib, Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ, Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir, Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM, Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ, Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib, Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL, Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB, Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq,

Xüsusi təyinatlı zabitimiz intihar etdi

Xüsusi təyinatlı zabitimiz intihar etdi

Tarix: 5-05-2021, 21:00

Vətən müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib.

Bu barədə "Qafqazinfo"ya hərbçimizin atası Ağayar Nəbizadə məlumat verib.

Onun sözlərinə görə, hadisə ötən gün Bakının Novxanı kəndi ərazisində qeydə alınıb. Leytenant Nəbizadənin intiharına psixoloji vəziyyəti səbəb olub.

"Oğlum müharibə vaxtı iki dəfə kontuziya almışdı. Amma bunu qeydiyyata saldırmamışdı. Çünki arxaya qayıtmağı özünə sığışdırmırdı. Müharibədən sonra isə psixoloji problemləri üzə çıxdı. Aydın məsələdir ki, müharibədə gördükləri, yanında dostlarının şəhid olması ona çox pis təsir etmişdi. Psixoloji problemlərinə görə, bir aydan çox Daxili Qoşunların Hospitalında yatdı, bir neçə psixoloq yanında apardıq. Amma həkimlər deyirdi ki, Rüfət, bütün olanları şüur altına yeridib, belə nevroloji problemi yoxdur. Dünən günortadan sonra əlaqə saxlaya bilmədik. Axşam xəbər gəldi ki, bəs, belə bir hadisə baş verib", - deyə Ağayar Nəbizadə bildirib.

Qeyd edək ki, Ucarın Qaracallı kəndindən olan leytenant Nəbizadə Rüfət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Bölməsində xidmət keçib. O, müharibədən öncə təlimlərə qatılmaq üçün YAŞMA-nın tərkibinə qoşulub. Vətən müharibəsində Şuşaya qədər döyüşən zabitimiz, Prezident İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunmuşdu.

Onu da əlavə edək ki, 1998-ci il təvəllüdlü zabitimiz Türkiyənin Kara Harp Okulunun məzunu, evin isə tək oğlu idi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR