Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

Məktəb direktoru şagirdlərə paylanılan kitabları yandırıb?

Məktəb direktoru şagirdlərə paylanılan kitabları yandırıb?

Tarix: 28-12-2019, 14:18

Şəkinin Daşüz kənd orta məktəbinin direktoru Anjilixa Əmirseyidovanın "Gəl danış" layihəsi çərçivəsində şagirdlərə paylanan kitabları yandırdığı iddia edilir.


Qaynarinfo xəbər verir ki, bu barədə layihə rəhbəri Ümman Səfərov sosial şəbəkə hesabında məlumat paylaşıb. O, bu gün də bir neçə qutu kitabla sözügedən kəndə yollanacağını açıqlayıb.


Qaynarinfo-ya açıqlama verən layihə rəhbəri 2018-ci ildən bu təşəbbüslə çıxış etdiklərini, ölkənin müxtəlif regionlarına yollanaraq, imkansız ailələrin uşaqlarına bədii kitablar, məktəb ləvazimatları, ərzaq və s. payladıqlarını bildirib.
 


 
Əksər orta məktəblərin bu təşəbbüsə dəstək verdiklərini deyən Ümman Səfərov bu hadisəyə görə təəssüf hissi keçirdiklərini deyib. Bildirib ki, bir qrup gəncin təhsilimizin inkişafı, şagirdlərimizin maarifləndirilməsi üçün apardıqları bu xeyriyyə kampaniyasına belə reaksiya verilməsi utancvericidir. O, paylanılan kitabların heç bir siyasi və ya dini məzmun daşımadığını deyib.


Qeyd edək ki, Həbib Müntəzir də bu haqda məlumat paylaşıb və məktəb direktorunu dərslikləri şagirdlərə pulla satmaqda ittiham edib.


Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabə İsmayılova yazılanların həqiqətə uyğun olmadığını və bu barədə araşdırma apardıqlarını bildirib:

 
"Xeyr, məsələ heç də bu cür olmayıb. Bunu yazan adam da təkzib verməlidir. Məktəbin direktoru mənə məlumat verib ki, srağagün uşaqlar dərsdən gedərkən onlara qara rəngli bir avtomobil yaxınlaşıb və bir neçə şagirdə kitab veriblər. İstər MMC, istər hansısa QHT olsun, kitab verirsə, buna görə Təhsil Nazirliyindən icazələri olmalıdır. Biz maarifləndirmə tədbiri üçün heç nə demirik. Yalnız bu işlər Təhsil Nazirliyinin müvafiq icazəsi altında aparılmalıdır. İcazə olanda, biz bütün lazımi təşkilati köməkliyi göstəririk. Cəmi 6-7 uşaq kitab alıb, qalanları almayıb. Həmin kitablar da şagirdlərin evindədir. Biz bunların hansı kitablar olduğunu müəyyənləşdirməyə çalışırıq. Lakin məzmunundan asılı olmayaraq, kitabın yandırılması vandalizmdir. Onu yandırmaq olmaz. Əgər kitabın məzmunu bugünkü həyatımıza, əqidəmizə ziddirsə, yaxud xaricdən hansısa məqsədlər üçün gəlibsə, lazımi orqanlara təhvil verilməlidir ki, onlar iş aparsın. Məktəb direktorunun dərslikləri pulla satması məsələsinə gəlincə, deyə bilərəm ki, məktəbdə 100 faizlik dərslik təminatı var. Ölkədə bütün dərsliklərin şagirdlərə pulsuz paylandığını hamı bilir. Pulla kitab satılmasından söhbət gedə bilməz".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR