Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Başçı rayondan QAÇIB? - İDDİA

Başçı rayondan QAÇIB? - İDDİA

Tarix: 7-05-2021, 08:27


DTX-nın Daşkəsəndə keçirdiyi əməliyyatın istintaqı davam edir.

Bir müddət öncə Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlunun və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyevin saxlanılmasıyla bağlı mediada məlumat yayılmışdı.
Hürriyyətin əldə etdiyi məlumata görə, Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu verdiyi ifadəsində bildirib ki, vətəndaşlardan təsərrüfat ərazilərinin zorla alınması birbaşa Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin göstərişi ilə həyata keçirilib.

Xeber365.com bildirir ki, “Hürriyyət”in əldə etdiyi məlumata görə, Dövlət Təhükəsizliyi Xidmətinin əməkdaşları yenidən Daşkəsən rayonunda olublar. DTX əməkdaşlarının Daşkəsəndə olmasının əsas səbəbi isə torpaq sahələrinin vətəndaşlardan alınaraq işbazlara satılmasıyla bağlıdır. Ehtimala görə, qanunsuz olaraq işbazlara satılan torpaq sahələri birbaşa Daşkəsənin icra başçısı Əhəd Abıyevin vasitəsi ilə həyata keçirilib. Görünür ki, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır.

********
GUNinfo.az xəbər verir ki, gələn məlumatlara görə, Daşkəsəndə qəfil başladılmış həbslər icra başçısını təşvişə salıb. Bildirilib ki, rayonda bələdiyyə və icra nümayəndələrinin korrupsiyaya bulaşmasına birbaşa cavabdeh rayon rəhbəridir. Həbslərdən sonra havanın dumanlı gördüyünü görən icra başçısı Əhəd Abıyev məzuniyyət götürərək rayondan çıxıb. Bəzi mənbələr Ə.Abıyevin həbslərdən qorxuya düşdüyünə görə xaricə qaçdılğını da bildirir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR