Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Ata qızını “cin” bilərək güllələyib - Foto

Ata qızını “cin” bilərək güllələyib - Foto

Tarix: 28-12-2019, 16:16

Türkiyənin Osmaniyə rayonunda kişi qızını öldürüb.

“CNNTürk”ün xəbərinə görə, Yunus Əmrə Məhəlləsində 65 yaşındakı İsmayıl Kaya ona səhər yeməyi hazırlayan qızını silahla vurub.
Silah səsinə gələn qonşular hadisəni polisə xəbər veriblər.
Xəstəxanaya çatdırılan 23 yaşlı iki uşaq anası Tuğba Kaya həkimlərin müdaxiləsinə baxmayaraq ölüb.
Ata qızını güllələdi
Hadisəni törədən İ.Kaya cinayət işlətdiyi silahla polis idarəsinə gedib və “Mən insan qılığına girən cin öldürdüm”, - deyərək təslim olub.
İddiaya görə, heyvandarlıqla məşğul olan İ.Kaya tarlada gəzəndə ayağı palçığa batıb.
Evə üstü palçıqlı vəziyyətdə gələn şəxs tanışına bostanda cin gördüyünü və onu silahla vuracağını deyib.
Silah götürüb bostana qayıdan İ.Kaya havaya 15 atəş açıb.
Evə qayıdıb yenidən silahını güllə ilə dolduran kişi qonşuluqda yaşayan və atasına nahar hazırlayan qızının başına güllə vuraraq evdən çıxıb.
Nəzarətə götürülən Kaya qohumlarına “Mən qızımı vurmadım, mənim vurduğum kişi idi”, - deyərək qızını öldürdüyünü qəbul etməyib.(oxu.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR