Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Ağ Evdə olmayan Qarabağ QADAĞASI: "Yaxşı" və "pis" separatçılar - TƏHLİL

Ağ Evdə olmayan Qarabağ QADAĞASI: "Yaxşı" və "pis" separatçılar - TƏHLİL

Tarix: 28-12-2019, 16:40

ABŞ-ın 2020-ci il hərbi büdcəsində Gürcüstana 132 milyon dollar miqdarında yardımın edilməsi nəzərdə tutulub.

Rəsmi Tbilisi bu vəsaitin Gürcüstan–ABŞ münasibətləri tarixində ölkəyə ayrılan ən böyük vəsait olduğunu bildirib.

Qeyd edək ki, Gürcüstan XİN ABŞ-ın müdafiə büdcəsində, həmçinin qondarma Abxaziya və Cənubi Osetiyanı tanıyan ölkələrə maliyyə yardımının qadağan edildiyini vurğulayıb.

Maraqlıdır, ABŞ-ın müdafiə büdcəsində Dağlıq Qarabağla baglı belə bir qadağa varmı?

Siyasi şərhçi Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında ABŞ-ın bu məsələdə ikili münasibət sərgilədiyini deyib:

“Abxaziya, Cənubi Osetiya, Dnestr və ya Donbass separatçılarına bir cür münasibət bəsləyirlər. Onlarla heç bir əlaqə saxlamırlar. Amma Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə fərqli münasibət var. Konqres bəzən onlara maliyyə yardımı da ayırır. Eyni zamanda Dağlıq Qarabağ separatçılarının liderləri Avropa və Amerikanı rahat şəkildə gəzir. Amma bir dəfə də olsun eşitmərik ki, Donbass, Abxaziya, Cənubi Osetiya liderlərini harasa dəvət etsinlər. Yəni separatçıları iki yerə - yaxşı və pis olaraq bölüblər. İkili münasibət bəsləyirlər. Təssüflər ki, Konqres də bu ikili münasibəti davam etdirir. Əslində, Qarabağ separatçılarının digər separatçılardan heç bir fərqi yoxdur. Ona görə də bu ikili standart ilk dəfə deyil ki, sərgiləyirlər və bu siyasətlərindən də əl çəkmirlər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR