Son Xəbər: Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə, Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ, Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB, Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib, Sabah Bakıda yağış yağacaq, Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq,

Azərbaycan səfirliyindən Fransa hökumətinə çağırış

Azərbaycan səfirliyindən Fransa hökumətinə çağırış

Tarix: 10-05-2021, 14:53


Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın itkin düşmüş mülki azərbaycanlıların taleyi ilə bağlı məlumat, eləcə də azad olunmuş ərazilərimizdə mina və digər partlayıcı maddələrin xəritəsini verməməsi ilə bağlı açıqlama yayıb.

Kommünikedə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş azərbaycanlı mülki şəxslər haqqında məlumat verilir, azad olunmuş ərazilərimizdə erməni silahlı qüvvələri tərəfindən yerləşdirilmiş mina və digər partlayıcı maddələrin xəritəsinin verilməsinə yardım göstərməsi üçün Fransaya çağırış edilir.

1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan vətəndaşlarına qarşı törətdiyi müharibə və insanlığa qarşı cinayətlərdən, xüsusilə Başlıbel qırğınından söz açılan kommünikedə bildirilib ki, gələcəkdə belə dəhşətli hadisələrin təkrarlanmaması üçün mülki əhaliyə qarşı törədilən bütün cinayətlərin müəllifləri ədalət məhkəməsi qarşısına çıxarılmalı və məsuliyyətə cəlb olunmalıdır.

Vurğulanıb ki, son hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbçilərinin cəsədlərinin axtarışı üçün Azərbaycan tərəfindən hər cür şəraitin yaradılmasına baxmayaraq, Ermənistanın itkin düşənlər barədə məlumat verməyi rədd etməsi anlaşılmazdır. İndiki məqamda Azərbaycanın Silahlı Qüvvələrinin hərbçiləri həyatlarını təhlükəyə ataraq, itkin düşmüş erməni əsgərlərinin yaxınları ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin axtarışını asanlaşdırmaqda davam edirlər. Ancaq Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min mülki azərbaycanlı haqqında məlumat verməkdən imtina edir.

“Azərbaycan tərəfi Fransa tərəfini azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər haqqında həqiqətlərin aşkarlanmasına, eləcə də Ermənistanın 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirməsinə, həmçinin qaçqınların geri dönməsini ləngidən, sülh üçün təhlükə yaradan və yeni qurbanlara səbəb ola biləcək minalanmış ərazilərin xəritələrini təqdim etməsinə yardım göstərməyə çağırır. Son 27 ildə kifayət qədər qurbanlar olub”, – deyə kommünikedə bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR