Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Metrostansiyalara ad verilməsi ilə bağlı məsələyə aydınlıq gətirildi

Metrostansiyalara ad verilməsi ilə bağlı məsələyə aydınlıq gətirildi

Tarix: 8-11-2019, 14:03

Metropoliten yeni stansiyaların adı ilə bağlı qərar yox, təklif verə bilər.

Mediabiz.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov yeni tikilən stansiyalara adların verilməsi ilə bağlı məsələyə də münasibət bildirib.

Onun sözlərinə görə, metrostansiyalarının adları Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Adqoyma Komissiyası tərəfindən seçilir:


“Onu da qeyd edim ki, metropoliten də yeni stansiyaların adları ilə bağlı bir sıra təkliflər irəli sürür. Buna baxmayaraq, yekun qərarı Nazirlər Kabinətində fəaliyyət göstərən komissiya təsdiq edir”.

Qeyd edək ki, bir müddət əvvəl şərti adı “B3” olan stansiyaya Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsi təklif olunurdu.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR