Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Sami Yusuf Azərbaycanla bağlı daha bir musiqini təqdim edib- VIDEO

Sami Yusuf Azərbaycanla bağlı daha bir musiqini təqdim edib- VIDEO

Tarix: 29-12-2019, 11:06


Sami Yusuf Azərbaycanla bağlı daha bir musiqini təqdim edib

Dünyada tanınan azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf daha bir sənət əsərini musiqisevərlərə təqdim edib.

Lent.az xəbər verir ki, müğənni Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində özünün "YouTube" səhifəsində Bakıda keçirilən möhtəşəm konsertindən (Heydər Əliyev Mərkəzində UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı proqramdan) daha bir parçanı – “Azərbaycan” kompozisiyasını yayımlayıb.

Sənətçi əsəri “Azərbaycan: Əbədi varlıq” adlandırıb.

Dünya azərbaycanlılarının həmrəyliyinə töhfə, ölkəmizin keçmişi, bu günü və gələcəyə baxışının tərənnümü olan bu kompozisiyanı Sami Yusuflə bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, müğənni Sevda Ələkbərzadə, aşıq Samirə, instrumental ifaçılarımız (sol tarda Sahib Paşazadə) və xor ifa edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR