Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Azərbaycanlı hakim Olimpiadada ədaləti qoruyacaq “15-liy”ə düşdü

Azərbaycanlı hakim Olimpiadada ədaləti qoruyacaq “15-liy”ə düşdü

Tarix: 12-05-2021, 11:12


Avropa Karate Federasiyası Hakimlər Komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

Bu barədə dünən C.Babayevə Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos tərəfindən məktub gəlib. Məktubda onun 5-7 avqust tarixlərində Olimpiadanın karate yarışlarında hakimlik edəcəyi bildirilib.

Xatırladaq ki, Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, “Əməkdar məşqçi”, eləcə də “Qaraqaplan” klubunun baş məşqçilərindən biri C.Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın “Ən yaxşı hakimi” seçilib.

O, həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda I Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə Cahangir Babayev Azərbaycan Prezidentinin “Fəxri fərmanı” ilə təltif edilib. Onun yetirmələri arasında dünya və Avropa çempionatının, Avropa və İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçıları var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR