Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

“Tətil günlərində hər kəsi milli parklarımıza dəvət edirik” - Fotolar

“Tətil günlərində hər kəsi milli parklarımıza dəvət edirik” - Fotolar

Tarix: 12-05-2021, 18:26

“Tətil günlərini Azərbaycanın bütün regionlarını əhatə edən füsunkar təbiət ərazilərində-milli parklarımızda keçirmək daha zövqlü olacaq, milli parklarımız tətil günlərində ziyarətçiləri xüsusi proqramlarla qarşılayacaq”.

Mediabiz.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, parklarda maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub: “13,14,15 may tarixlərində paytaxta ən yaxın məsafədə yerləşən Abşeron Milli Parkında da ziyarətçilər təbiət gəzintisi ilə birgə maraqlı tədbirlərin iştirakçısı ola biləcək.

Parkda Ailə Biznesinə Asan Dəstək ( ABAD) publik hüquqi şəxs tərəfindən iaşə xidməti təklif ediləcək, ekoloji cəhətdən zərərsiz nəqliyyat vasitəsi olan elektro skuterlərin təqdimatı və test sürüşləri təşkil olunacaq. Eyni zamanda, Zirə qəsəbəsində istehsal olunan ekoloji təmiz ərzaq məhsullarının sərgisi və satışı həyata keçiriləcək, uşaqlar və böyüklər üçün tədbirlər, viktorinalar təşkil olunacaq”.










RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR