Son Xəbər: Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib,

Ölkədə mobil telefonlar ucuzlaşıb - RƏSMİ + FOTO

Ölkədə mobil telefonlar ucuzlaşıb - RƏSMİ + FOTO

Tarix: 13-05-2021, 12:28


2021-ci ilin aprel ayında ölkədə dəyəri artan ərzaq və qeyri-ərzaq məhsulları açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb.

Bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox düyü, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, dondurulmuş balıq, sterilizə olunmuş üzlü süd, yoqurt, xama, kəsmik, pendir, kərə və bitki yağları, limon, portağal, naringi, kivi, alma, armud, kələm, pomidor, bibər, çuğundur, balqabaq, şəkər və şəkər tozu, konfetlər, çay, limonad, meyvə şirəsi və tütün məmulatları bahalaşıb.

Təzə balıq, yumurta, banan, qoz, fındıq, xiyar, badımcan, yerkökü, kartof və sarımsaq isə ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 103,9 faiz təşkil edib.

Aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox pambıq parçalar, boyalar, divar kağızları, polietilen su və kanalizasiya boruları, kəsilmiş taxtalar, sement, soyuducular, paltaryuyan maşınlar, kondisionerlər, televizorlar, minik avtomobilləri üçün ehtiyat hissələri, zərgərlik məmulatları bahalaşıb.

Mobil telefonlar və yazı kağızlar isə ucuzlaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin aprel ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin aprel ayına nisbətən 104,3 faiz təşkil edib.

İlin aprel ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox paltarların təmiri, dişlərin müaliсəsi, bərbərxana və kosmetoloji xidmətləri, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri bahalaşıb.

MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR