Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

Ucarda 250 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi istifadəyə verildi

Ucarda 250 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi istifadəyə verildi

Tarix: 29-12-2019, 13:49

Dekabrın 29-da Ucar rayonunda 250 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib.
"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak ediblər.
Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 109-cu qəsəbədir.
Yeni yaşayış məhəlləsi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 4 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin may ayında başlanılıb.
Yaşayış kompleksində hər biri beş mərtəbəli olmaqla altı ədəd yaşayış binası tikilib.
Qəsəbədəki mənzillərdən 25-i birotaqlı, 110-u ikiotaqlı, 100-ü üçotaqlı, 15-i dördotaqlıdır. O cümlədən, yaşayış məhəlləsində 220 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilmiş, o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılmış, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Bu kompleksə Ucar rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri  köçürüləcək.
Ərazidə 1.8 km uzunluğunda videomüşahidə kabelləri çəkilib və binaların hər birində videomüşahidə kameraları quraşdırılıb.
Yeni yaşayış kompleksində abadlıq işləri görülüb, 2.20 km uzunluğunda  asfaltbeton yol-küçə şəbəkəsi salınıb, 5 ədəd sanitariya-təmizləmə meydançası tikilib və ərazidə yaşıllaşdırma işləri aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR