Son Xəbər: Tatarıstan dron hücumuna məruz qalıb, ölənlər var, Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var, Britaniya Hərbi Dəniz Qüvvələrinin dronları Çinə texniki məlumat ötürüb, Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi, FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib, SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq, Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb, Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib, Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq, Azərbaycandan tranzit keçməklə Ermənistana 1049 ton buğda göndərildi,

Mədəniyyətin müxtəlif ixtisaslarını əhatə edən kurs proqramları hazırlanıb

Mədəniyyətin müxtəlif ixtisaslarını əhatə edən kurs proqramları hazırlanıb

Tarix: 8-11-2019, 14:25

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əməkdaşlarda müasir peşə təfəkkürünün, habelə kreativ səriştələrinin formalaşmasına xidmət edən qısamüddətli ixtisasartırma kurslarının keçirilməsinə start verilib. “Bölüşərək zənginləşək” şüarı altında yeni formatlı kreativ təlimlərin keçilirməsi müxtəlif Regional Mədəniyyət İdarələrinin nəzdində fəaliyyət göstərən müəssisələrdə çalışan mədəniyyət işçiləri üçün nəzərdə tutulub. Fərqli rayonlarda və məkanlarda təşkil olunan kurslar çərçivəsində gündəlik vəzifə funksiyalarının yerinə yetirilməsinin müasir forma və üsulları, o cümlədən kollektiv fəaliyyət, habelə vəzifələrin icraatında yaradıcı mexanizmlərin geniş tətbiqinə həsr olunmuş mühazirələr dinlənilir.
İxtisasartırma Mərkəzindən AZƏRTAC-a bildirilib ki, çətinlik dərəcəsinə görə beş səviyyədən ibarət olan ixtisasartırma kurslarının birinci səviyyəsinə ali təhsili olmayan mədəniyyət işçiləri cəlb olunub.
Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə yanaşı, dinləyicilərə “Kreativ peşə səriştələri” kursunda kreativlik, kreativ vərdişlər və yaradıcı təfəkkür, kreativ sənaye, kreativ və rəqəmsal mədəniyyət, lateral düşünmə tərzi, mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində biliklər təqdim olunur.
Bildirilib ki, yeni formatlı kursların ilk məzunlarına beynəlxalq standartlı sertifikatlar təqdim edilib. Sertifikatlarda dinləyicilərin layiq olduqları qiymətlərlə yanaşı, kurs nəticəsində əldə etdikləri bilik və səriştələr, kursun ümumi məzmunu, yerli və beynəlxalq tərəfdaşlar, habelə təlimçilər haqqında məlumatlar öz əksini tapıb.
Nəticədə, mərkəz tərəfindən hazırlanmış “Kurs proqramları” toplusunun birinci hissəsi çap edilib. Proqramda “Muzey ekspozisiyası”, “Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin filiallarında, digər Mədəniyyət Evləri və klublarda yaradılmaların (dərnək, kurs, kollektiv, birlik və s.) təşkili”, “Tədbirlər siyasəti”, “Kütləvi tədbirlərdə aparıçılıq”, “Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Uşaq şöbələrinin əməkdaşları üçün təlim” və “Kreativ peşə səriştələri” adlı mövzular əks olunub.
Hazırda toplunun digər hissələri də nəşrə hazırlanır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR