Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

Ən zəngin “Instagram” ulduzlarının adları açıqlandı

Ən zəngin “Instagram” ulduzlarının adları açıqlandı

Tarix: 29-12-2019, 17:38

Futbolçu Kriştianu Ronaldu 2019-cu ildə “Instagram” hesabı vasitəsilə ən çox qazanan şəxs olub.

“The Sun” xəbər verir ki, Ronaldu “Buzz Bingo” şirkətinin hazırladığı sosial şəbəkənin ən varlı ulduzları siyahısına liderlik edib.

Məlumata görə, portuqaliyalı futbolçu 38.2 milyon funt sterlinq qazanıb. hər sponsor paylaşımı Ronalduya orta hesabla 780 min funt sterlinq gəlir gətirib.

Siyahının ikinci pilləsində argentinalı ulduz Lionel Messi qərarlaşıb. 2019-cu ildə Messinin “Instagram” paylaşımları ona 18.7 milyon funt sterlinq qazandırıb.

İlk üçlüyə amerikalı supermodel Kendal Cenner də daxil olub. O, sosial şəbəkə vasitəsilə 12.7 milyon funt sterlinq əldə edib.

Ən zəngin “Instagram” ulduzları arasında, həmçinin, futbolçular Devid Bekhem, Neymar, müğənni Selena Qomez, model Kayli Cennerin də adları qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR