Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Dünya və Avropa çempionumuz dopinqə ilişdi

Dünya və Avropa çempionumuz dopinqə ilişdi

Tarix: 21-05-2021, 17:51


Azərbaycan Ağır Atletika yığmasının üzvü Boyanka Kostova diskvalifikasiya olunub. Bu barədə Beynəlxalq Ağırlıqqaldırma federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan millisinin bolqarıstanlı üzvünün testi müsbət çıxıb.

Kostovanın orqanizmində istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb.

Onun ikinci dəfə test verməsi mümkündür.

Qeyd edək ki, Boyanka Kostova aprelin 5-də Moskvada keçirilən Avropa çempionatının qalibi olmuşdu. O, 2015-ci il dünya çempionatının da qızıl medalına sahib çıxıb. Kostova 2012, 2015, 2016-cı illərdə də qitənin ən güclüsü olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR