Tarix: 30-12-2019, 10:49
Yeni ilin astanasındayıq. Artıq 8 günlük iş həftəsi başa çatmaqdadır. Sabahdan etibarən rəsmi olaraq yanvar ayının 7-nə qədər bayram tətili başlayaacaq. Lakin bu bayram tətili hamıya tətbiq olunacaq, hamıya şamil ediləcəkmi?
Bizimyol.info-nun keçridiyi sorğu nəticəsində məlum oldu ki, media qurumları da daxil olmaqla ölkədə fəaliyyət göstərən özəl şirkətlərin böyük əksəriyyəti əməkdaşlarına tətilin sona qədər davam etməyəcəyini söyləyiblər. Bəziləri ayın 4, bəziləri 5 də bəziləri irəli gedərək hətta ayın 3-də işə başlayacaqlarını söyləyiblər. Redaksiyamıza şikayət göndərmiş və özəl şirkətlərdən birində mebel satıcısı işləyən Rəvanə Heydərova deyir ki, onsuz da iş saatlarına əməl etmədən bütün günümüz işdə keçir. Bu kimi hallar insanda əsəb və qıcıq yaradır. Özəl şirkətdə texnik işləyən Səbuhi İbrahimov isə əsəblərini daha sərt şəkildə biruzə verdi.
“Özəl şirkətlər bizi lap qoyun yerinə qoyub. Siz bəyəm dövlətə məxsus iş yerlkəri qədər tətil verirsinizmi ki bizi bu qədər işlədirsiniz? Əhalinin neçə faizi guya dövlətin iş yerində işləyir? Əksəriyyət özəl sektordadır. 8 günlük iş həftəsini də işlədirlər, bayram tətilini də yarımçıq verirlər, bu haqsızlıqdır. Bizi qoyun yerinə qoymasınlar”.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
1. əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
2. əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Əmək Məcəlləsinin 109 və 164-cü maddələrinə əsasən istirahət və qeyri-iş bayram günlərində işin pul kompensasiyası aşağıdakı kimi nəzərdə tutulub.
İstirahət, bayram, səsvermə, ümumxalq hüzn günlərində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
1. əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
2. əməyin işəmuzd ödənilmə sistemində işəmuzd tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
3. təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
İş vaxtından artıq işin kompensasiyasıGündəlik normal iş vaxtının müddəti gündə səkkiz saatdan və həftədə 40 saatdan. artıq ola bilməz. Buna baxmayaraq, ayrıca işçi kateqoriyaları üçün istisnalar müəyyən edir. Ağır işlərdə işləyən və ya zərərli və ya təhlükəli əmək şəraitinə malik olan işlərdə işləyən işçilər üçün həftədə 36 saat iş vaxtı müəyyən edilmişdir (belə işlərin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə təsbit edilmişdir). Həkimlər, müəllimlər, elektrotexniki qurğularda, həddindən artıq yüksək emosional gərginlik, həyəcan, zehni, fiziki və əsəb gərginliyi şəraitində işləyən işçilər (bu peşələrin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə təsbit edilmişdir) üçün analoji vaxt norması müəyyən edilmişdir.
16 yaşına çatmamış yeniyetmələrə həftədə maksimum 24 həftə işləməyə icazə verilir. 16-18 yaşında olan işçilər, əlillər (I və II qruplar), hamilə qadınlar, yaş yarıma qədər uşaqları olan qadınlar və 3 yaşınadək uşaqları olan tək valideynlər həftədə 36 işləyə bilərlər.
İş vaxtından artıq iş — işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
Bizimyol.info