Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Pişik AVRO-2020 matçlarının nəticələrini proqnozlaşdıracaq

Pişik AVRO-2020 matçlarının nəticələrini proqnozlaşdıracaq

Tarix: 25-05-2021, 09:21


Rusiyanın Ermitaj muzeyinin pişiyi qeyri-adi istedadı ilə seçilir.

Sports.ru xəbər verir ki, o, fubol oyunlarının nəticələrini əvvəlcədən proqnozlaşdırmağı bacarır.

Bir qayda olaraq, Axill adlı pişiyin qarşısına içərisində yem olan iki qab, hər qabın yanında isə oyun iştirakçısı olan yığmanın bayrağı qoyulur. Pişik qarşılaşmada qalib olacaq tərəfin bayrağı olan qaba doğru gedərək, məhz həmin qabdan yəməyə başlayır.  

Anadangəlmə kar olan Axillin öncəgörənliyi 2017-ci ildə keçirilən Konfederasiyalar Kuboku zamanı üzə çıxıb. Pişik turnirin dörd matçından üçünün, o cümlədən də final qarşılaşmasının nəticələrini doğru təxmin edib.

2018-ci ildəki Dünya Çempionatı zamanı da Axillin ilk dörd proqnozu düzgün olub. Lakin sonrakı dörd cəhdi uğursuz alınıb.

Buna baxmayaraq, pişik AVRO-2020 matçları üçün də əsas “ekspertlərdən” biri kimi seçilib. O, doğma şəhəri Sankt-Peterburqda keçiriləcək matçların nəticələrini düzgün təxmin etməyə çalışacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR