Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Azərbaycanda qapalı zalda idman yarışlarının keçirilməsinə icazə verilib - ÖZƏL

Azərbaycanda qapalı zalda idman yarışlarının keçirilməsinə icazə verilib - ÖZƏL

Tarix: 25-05-2021, 18:03


İyunun 10-dan etibarən Azərbaycanda qapalı zalda məşqlərə və idman yarışlarının keçirilməsinə olan əngəl aradan qalxacaq.

Bu barədə Mediabiz.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsini icra edən Qabil Mehdiyev məlumat verilib:

“İdman və sağlamlıq mərkəzlərinin iyunun 10-da açılması ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın bugünkü qərarı qapalı zalda idman yarışları və məşqlərin keçirilməsinə də icazə verir. Sadəcə olaraq, o zallarda məşq edərkən qoyulmuş yeni tələblərə riayət etmək lazımdır. 18 yaşadək idmançılardan heç bir sənəd tələb olunmayacaq.

18 yaşdan yuxarı idmançılar vaksinasiyadan keçməlidirlər ki, onlar məşq edə bilsinlər. İki dəfə vaksinasiyadan keçmiş idmançılar bunu göstərən pasportu təqdim edib, məşq edə bilərlər. Hansısa idmançı koronavirusa yoluxub sağalıbsa, o, “E-Təbib” və e-gov.az mobil tətbiqi vasitəsilə özünə aid sertifikatı çıxartmalı və bunu zala girişdə təqdim etməlidir. Nazirlik özü də bu məsələyə nəzarət edəcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR