Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Temperatur aşağı düşür, QAR, YAĞIŞ GƏLİR - Bayram günlərinin HAVASI

Temperatur aşağı düşür, QAR, YAĞIŞ GƏLİR - Bayram günlərinin HAVASI

Tarix: 30-12-2019, 13:19

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva dekabrın 30-dan 31-nə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, dekabrın 31-i günün ikinci yarısında isə kəsiləcəyinin gözlənildiyini deyib.O bildirib ki, Yeni İlin ilk günü ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır:
 
"Yanvarın 1-i və 2-si ölkə ərarisində hava yağmursuz olacaq. Yanvarın 3-dən 5-dək isə ölkə ərazisində havanın temperaturu 3-4 dərəcə aşağı düşəcək, yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yanvarın 6-dan isə hava mülayimləşəcək və yağmursuz olacaq".

U.Tağıyeva qeyd edib ki, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni İl ərəfəsində 31 dekabrda yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub: "Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı ilərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 sm olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR