Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

BNA-da 7 milyonluq yeyinti: Vüsal Kərimliyə bir həftə vaxt verildi

BNA-da 7 milyonluq yeyinti: Vüsal Kərimliyə bir həftə vaxt verildi

Tarix: 26-05-2021, 19:23


Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan yoxlama nəticəsində qurumda 7 milyon manatlıq yeyinti aşkarlanıb.

Yenicag.az-a daxil olan məlumata əsasən, fəaliyyəti dövründə barəsində narazılıq və şikayətlərin səngimədiyi BNA-nın sədri Vüsal Kərimliyə yoxa çıxarılmış iri həcmdə dövlət vəsaitinin geri qaytarılması üçün 1 həftə vaxt verilib.

BNA-da aparılan yoxlamalarla əlaqədar qeyd olunur ki, qurumun büdcə vəsaitləri hesabına həyata keçirdiyi miqyaslı layihələrin icrası zamanı külli miqdarda mənimsəmələrə yol verilib.

Bildirilir ki, yolların çəkilişi və təmiri çərçivəsində quraşdırılmalı olan və hərəkətin təhlükəsizliyini təmin etməli olan beş kilometr uzunluğunda xüsusi metal məhəccərlərin çatışmazlığı aşkar olunub.

Bundan başqa, səkilərin kənarına düzülən bordur daşları isə sənədləşmədə BNA-nın özünə məxsus materialı kimi rəsmiləşdirilib. Həmçinin səkilərə döşənən tamet örtüyünün altına vurulmalı olan möhkəm beton təbəqənin də yalnız kağız üzərində mövcud olduğu üzə çıxıb.

Bildirilir ki, ciddi qanunsuzluqlara görə Vüsal Kərimliyə gələn həftənin sonuna kimi vaxt verilib.

Bundan əlavə Bakupost.az-ın əldə etdiyi informasiyaya əsasən, BNA-nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, BNA-nın fəaliyyəti artıq uzun müddətdir, ictimaiyyətin ciddi narazılığı ilə müşayiət olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR