Son Xəbər: Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib,

Dünya azərbaycanlılarının virtual konfransı oldu

Dünya azərbaycanlılarının virtual konfransı oldu

Tarix: 28-05-2021, 11:09


Diasporla İş üzrə Dövlət Komitəsi “28 may-Respublika Günü” münasibətilə virtual konfrans təşkil edib.

Komitədən verilən məlumata görə,  konfransa 58 ölkədən 367nəfər yaxın soydaşımız, o cümlədən Cümhuriyyətçilərin müxtəlif ölklərdə yaşayan varisləri, eyni zamanda 2-ci Qarabağ müharibəsi qəhrəmanlarının yaxınları, şəhid ailələrinin üzvləri, “Karabakh is Azerbaijan” platformasının təmsilçiləri, diaspor könüllüləri və diaspor gəncləri qatılıb.

Dünya azərbaycanlılarını Respublika günü münasibəti ilə təbrik edən Komitə sədri Fuad Muradov Ali Baş Komandan İlham Əliyevin  başçılığı ilə ordumuzun Vətən savaşında qazandığı zəfərdən danışıb.

AXC-nin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan varisi Mariya xan Xoyskaya bildirib: “Mən çox şadam ki, Azərbaycan dünyada öz layiqli yerini tutub və onun parlaq gələcəyi var”.

Türkiyənin görkəmli hərbi və siyasi xadimi Kazım Qarabəkirin nəslinin davamçısı Timsal Qarabəkir Kazım bəyin hərbi fəaliyyətinin Naxçıvanla bağlı dövrünü bir daha xatırladıb, türk bayraqlarının dünyada əbədi dalğalanacağına böyük inamını ifadə edib, Qarabağın azadlığı münasibətilə hər kəsi təbrik edib. Əhməd Cavadın İsraildə yaşayan nəvəsi Yaqut Abdullayeva da Azərbaycana sevgisini ifadə edib, dünya azərbaycanlılarına əbədi birlik arzulayıb.

Konfrans boyu Cümhuriyyətdən Respublikaya qədər böyük bir dövrü əhatə edən videorolik nümayiş olunub, birliyə çağırış musiqiləri səsləndirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR