Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Aktyorlar Yeni ili harada qarşılaycaq? - SORĞU

Aktyorlar Yeni ili harada qarşılaycaq? - SORĞU

Tarix: 30-12-2019, 18:00

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili hər kəs özünəməxsus şəkildə qarşılayacaq.  

Bəs aktyorlar Yeni ili harada, kiminlə qeyd edəcəklər?

Oxu.Az mövzu ilə bağlı aktyorlar arasında sorğu keçirib.

Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, Yeni ili Bakıda ailəsi və dostları ilə birlikdə qeyd edəcək: “Bakıda olmaq dünyanın ən gözəl yerlərində olmaqdan daha önəmlidir. Çünki burada mənim dostlarım, ailəm, övladlarım və sevdiyim insanlar var. Xarici ölkələrə hər zaman getmək olar. Amma bayramı həmişə evində qeyd etmək lazımdır. Bundan gözəl nə ola bilər?”

Xalq artisti Firəngiz Mütəllimova da Yeni ili öz evində keçirəcəyini bildirib: “Bayramı öz evimdə, doğmalarımla birgə keçirəcəyəm. Mənim Yeni ildə evdə olmaqdan xoşum gəlir. Neçə illərdir bu ənənə davam edir. Harasa getsək belə, Yeni il gecəsi evdə oluruq”.

Əməkdar artist Kəmalə Müzəffər də həmkarları ilə eyni fikirdədir: “Yeni ili həmişə öz evimdə, övladlarımla birgə qeyd etmişəm. Bu il də evdə, ailəmlə olacam”.

Xalq artisti Ramiz Məlik və Xalidə Quliyeva da bayramı evdə ailəsi ilə qeyd edəcəyini bildiriblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR