Son Xəbər: Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib,

Baş nazirdən dövlət hesabına maliyyələşdirilən obyektlərlə bağlı QƏRAR

Baş nazirdən dövlət hesabına maliyyələşdirilən obyektlərlə bağlı QƏRAR

Tarix: 29-05-2021, 11:03

Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qəbul edilmiş qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanıb:

- Tikintidə üstəlik xərclərin normativləri;

- Tikintidə smeta gəlirinin normativlərı;

- Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;

- Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;

- Müəllif  nəzarəti  üzrə  vəsaitin  miqdarının  təyin  edilməsi  üçün  normativlər;

- Küləyin  təsiri  ilə  əlaqədar  olan  xərclərin  təyin  edilməsi  üçün  normativlər;

- Müvəqqəti  bina  və  qurğuların  tikintisi  üzrə  sərflərin smeta normaları;

- Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.

Qərar 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR