Son Xəbər: Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib,

Bakı metrosunda təzə qatarların sayı artırılır - RƏSMİ

Bakı metrosunda təzə qatarların sayı artırılır - RƏSMİ

Tarix: 31-05-2021, 12:39


Hazırda “Bakı Metropoliteni” QSC-nin bu il üçün planlaşdırdığı 4 qatar tərkibi, yaxud 20 vaqon Rusiyada istehsal prosesindədir.

Bu barədə jurnalistlərə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov bildirib ki, bununla da təzə qatarların sayı 19-a çatacaq:

“Planlaşdırıldığı kimi qatarlar ilin ikinci yarısında Bakıya gətiriləcək və müvafiq tənzimləmə-sazlama və sınaq işlərindən sonra mütləq şəkildə xəttə buraxılacaq. Hazırda 15 qatar, yəni 75 yeni vaqonumuz mövcuddur. Onlardan üçü “İçəriŞəhər” - “Həzi Aslanov”, 12-si isə “Dərnəgül” - “Həzi Aslanov” istiqaməti üzrə hərəkət edir.

Bütün qatarlar işləməyə hazır vəziyyətdədir. Bildiyiniz kimi, bu il yerli şəraitdə belə qatarlardan birində əsaslı qaldırma təmiri həyata keçirmişik. Həmin işlər də mart ayına kimi başa çatdırılıb”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR