Son Xəbər: Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib,

“SƏHNƏDƏ” olmaq istəyən gənclər üçün şans!

“SƏHNƏDƏ” olmaq istəyən gənclər üçün şans!

Tarix: 31-05-2021, 17:35

Səhnədə ulduz kimi parlamaq istəyən, səsinə güvənən gənclər üçün unikal şans yaradılıb!

Öz ifaçılıq bacarıqlarının uğura çevirmək arzusu olan, respublikanın bütün rayon və şəhərlərində yaşayan 16-25 yaş arasındakı gənclər 10 iyun 2021-ci il tarixinədək www.gencistedad.az saytı vasitəsilə qeydiyyatdan keçib, müraciət edə bilərlər. Daxil olan müraciətlər nəticəsində seçilmiş iştirakçılar Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçiriləcək kastinqlərə dəvət olunacaqlar.

Kastinq mərhələsindən uğurla keçən 10 finalçı Bakı şəhərində keçiriləcək möhtəşəm konsert proqramında iştirakçısı olacaq. Müsabiqənin yekununda qalib 3 gənc ifaçı “RÄNG” leyblı ilə bir illik əməkdaşlıq müqaviləsi imzalamaq şansı əldə edəcək.

Qeyd edək ki, müsabiqənin münsiflər heyəti ölkəmizin musiqi sahəsində tanınan və peşəkar simaları olan Sevda Ələkbərzadə, Pərviz İsaqov (ProMete) və digər məşhur ulduzlardan ibarətdir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “RÄNG” leyblın tərəfdaşlığı və “GəncSİMA” İB-nin təşkilatçılığı ilə keçiriləcək müsabiqə Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq.

Səhnədə ulduz olmaq vaxtıdır!




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR