Son Xəbər: Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib,

Pakistan prezidenti İlham Əliyevə təşəkkür etdi

Pakistan prezidenti İlham Əliyevə təşəkkür etdi

Tarix: 1-06-2021, 18:26


Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi 28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu il qeyd edilən Respublika Günü İkinci Qarabağ müharibəsində qazanılan önəmli Qələbədən və işğal altındakı ərazilərin azad edilməsindən sonra Azərbaycan xalqı üçün xüsusilə əlamətdardır.

Pakistan qardaş Azərbaycanın yanında olmasından qürur duyur və ölkənizin hər cür təcavüzə qarşı özünümüdafiə hüququnu dəstəkləməkdə davam edəcək.

Zati-aliləri, əminəm ki, mövcud olan yüksək səviyyəli əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsi üçün Sizinlə yaxından əməkdaşlıq edəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycanın beynəlxalq forumlarda Pakistana verdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına davamlı inkişaf və fıravanlıq diləyirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR