Son Xəbər: Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib,

Müəllim işləmək istəyənlər üçün sınaq imtahanları başlayır

Müəllim işləmək istəyənlər üçün sınaq imtahanları başlayır

Tarix: 2-06-2021, 12:44


Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır.

Verilən məlumata görə, onlayn formatda təşkil olunacaq sınaq imtahanları İbtidai təhsil (8 iyun / 09:00, 12:00, 16:00), riyaziyyat (9 iyun / 09:00, 12:00, 16:00), Azərbaycan dili və ədəbiyyat (10 iyun / 09:00, 12:00, 16:00), ingilis dili (11 iyun / 09:00, 12:00, 16:00), tarix (16 iyun / 09:00, 12:00, 16:00), fizika (16 iyun / 09:00, 12:00, 16:00), biologiya (17 iyun / 09:00, 12:00, 16:00), coğrafiya (17 iyun / 09:00, 12:00, 16:00) , informatika (18 iyun / 09:00, 12:00, 16:00) və kimya (18 iyun / 09:00, 12:00, 16:00) fənləri üzrə keçiriləcək.

Aşağıda qeyd olunan linkdə qeydiyyatdan keçərərək sınaq imtahanlarında iştirak edə bilərsiniz: https://ttm.edu.az/

Nəzərinizə çatdıraq ki, sınaq imtahanlarının 1-ci mərhələsi üçün qeydiyyat 6 iyun saat 23:59-da başa çatacaq. İmtahanların 2-ci mərhələsi üçün qeydiyyat isə 7 iyun tarixində başlayıb 17 iyun saat 23:59-da bitəcək.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR